İtaliyanın "İnter" klubunun argentinalı hücumçusu Lautaro Martines idarə etdiyi avtomobil ilə qadın velosipedçini vurub.

Open.az "Coriella dello Sport" nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində qadın yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Zərərçəkən və futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur. Milan polisi fakla bağlı araşdırmaya başlayıb.

Qeyd edək 21 yaşlı futbolçu bu ilin iyul ayında Argentinanın "Rasinq" klubundan 22,7 milyon avro qarşılığında "İnter"ə transfer olunub. Cari mövsümdə 7 oyunda iştirak edən futbolçu 2 qol vurub və bir məhsuldar ötürmə verib.

Manaf Qasımbəyli