İngiltərə milli komandasının sabiq qapıçısı Qordon Benks vəfat edib.

Open.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sabiq qolkiper 81 yaşında dünyasını dəyişib.

Yığmanın heyətində 73 oyun keçirən Benks 1966-cı il dünya çempionatında İngiltərə millisinin heyətində qızıl medal qazanıb. 1968-ci il Avropa çempionatında isə o, bürünc medala sahib olub. İngiltərəli oyunçu FIFA tərəfindən 6 dəfə ilin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Qeyd edək ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub.