İngiltərə futbolunda yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı bilinib.

Open.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İngiltərədə transfer dövrü iyulun 27-də başlanacaq və oktyabrın 5-nə qədər davam edəcək.

Qeyd edək ki, koronavirusa görə milli çempionatlarda böyük fasilə yarandığından bu mövsüm yay transfer pəncərəsinin açılması ləngiyir.