İngiltərə Futbol Federasiyası ölkənin liqalarında fasilə müddətini artırıb.

Open.az qurumun saytına istinadən xəbər verir ki, koronavirus səbəbindən liqaların bərpa müddəti ən azı aprelin 30-na qədər uzadılıb.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqada fasilənin aprelin 4-ə qədər olacağı açıqlanmışdı.