Koronavirusa görə dayandırılan futbol üzrə İngiltərə kubokunun yeni təqvimi açıqlanıb.

Open.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. İngiltərə kubokunun final matçı isə avqustun 1-də olacaq.

İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.



27-28 iyun

İngiltərə kuboku, 1/4 final

"Lester" – "Çelsi"

"Nyukasl" – "Mançester Siti"

"Şeffild Yunayted" – "Arsenal"

"Norviç" – "Mançester Yunayted"