İngiltərə kubokunda yarımfinal mərhələsinin oyunlarının təqvimi təsdiqlənib.

Open.az Britaniya mətbuatına istinadən verir ki, "Arsenal" və "Mançester Siti" arasında olacaq bu mərhələnin ilk matçı iyulun 18-nə planlaşdırılıb.

Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq. Ertəsi gün isə "Mançester Yunayted" və "Çelsi"qarşılaşacaq. Bu oyuna isə 21:00-da start veriləcək.

Qeyd edək ki, kubokunda finalı avqustun 1-i "Uembli" stadionunda olacaq.