İngiltərənin "Uotford" klubunda koronavirusa yoluxmuş futbolçunun Edrian Mariappa olduğu üzə çıxıb.

Open.az xəbər verir ki, bu barədə "Telegraph" nəşrinə açıqlamasında yamaykalı müdafiəçinin özü deyib.

34 yaşlı oyunçu infeksiyanın ona kimdən keçdiyini bilmədiyini söyləyib: "Bu, mənim üçün böyük sürpriz oldu. Çünki bir neçə məşq və uşaqlarla vaxtaşırı gəzinti istisna olmaqla, evi tərk etməmişəm. Əsasən övladlarımın təhsili və fərdi hazırlıqla məşğul olmuşam".

Qeyd edək ki, mayın 18-də və 19-da İngiltərə Premyer Liqasının klublarında 748 nəfərdən götürülən analizlərdən sonra 3 komandada virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.