İngiltərənin "Aston Villa" komandasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Birmingem təmsilçisi öz bazasını bağlayıb.

Həmçinin komandanın ölkə kubokunun 1/32 final mərhələsinin "Liverpul"la oyunu öncəsi bugünkü məşqi baş tutmayıb.

Qeyd edək ki, yanvarın 8-nə planlaşdırılan matçın təxirə salınacağı gözlənilir.