İngiltərənin "Mançester Yunayted" klubu Çexiya "Simqa"sının qapıçısı Radek Viteklə müqavilə bağlayıb.

Open.az xəbər verir ki, bu barədə Olomouts təmsilçisinin idman direktoru Ladislav Minar klubun rəsmi saytına bildirib.

Minar bu sözləşməni "Siqma" üçün böyük şərəf, oyunçunun özü üçün isə böyük imkan adlandırıb. Lakin o, transferin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Radek Vitek "Simqa"nın müxtəlif yaş qrupları üzrə komandalarında forma geyinib. Onun 1,98 metr boyu var.