Almaniya milli komandasının və "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğan tarixin ən yaxşı futbolçularının adını açıqlayıb.

Open.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi tarixin ən yaxşısı kimi Zinəddin Zidan, Kaka və Lionel Messini görür.

"Fikrimcə futbol tarixinin ən yaxşı futbolçuları Zidan, Kaka və Messidir. Uşaqlıqda Zidan və Kakanın oyununu görmüşəm, Messini isə hər həftə izləyirəm. Onun sərgilədiyi futbola heyran qalmamaq mümkünsüzdür. Qazandığı mükafatlar da bunun sübutudur", - deyə almaniyalı futbolçu bildirib.

Manaf Qasımbəyli