Almaniya millisinin və İngiltərənin “Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi İlkay Gündoğan koronavirusa yoluxub.

Open.az xəbər verir ki, xəbər verir ki, 30 yaşlı əslən türkiyəli olan yarımmüdafiəçidən götürülən test nümunələrinin nəticəsinin müsbət çıxdığı bildirilib. Futbolçu 10 günlük karantinə alınıb.

Qeyd edək ki, İlkay Gündoğan ötən mövsümdə bütün turnirlərdə 50 matçda iştirak edib və 5 qol vurub.