FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, üçlükdə “Liverpul”un baş məçqçisi Yurgen Klopp, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola yer alıb.

Qeyd edək ki, qalibin adı sentyabrın 23-də İtaliyanın Milan şəhərində açıqlanacaq.