"Milan"nın isveçli futbolçusu Zlatan İbrahimoviç 1 mövsümdə 10 qol həddinə çatan ən yaşlı oyunçu kimi A Seriyasının tarixinə düşüb.

Open.az xəbər verir ki, 38 yaş 302 günlüyündə olan oyunçu buna 38-ci turda "Kalyari" ilə görüşdə (3:0) nail olub.

O, matçın 55-ci dəqiqəsində fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb. İbrahimoviç bununla da A Seriyasında 10 qol həddinə çatan ən yaşlı oyunçu adını qazanıb.

İndiyədək rekord Silvio Piolaya məxsus idi. O, 1952-ci ildə "Novara"nın heyətində 10 qol həddinə 38 yaş 127 gününlüyündə çatmışdı.

Qeyd edək ki, Z.İbrahimoviçin çıxış etdiyi "Milan" başa çatmış mövsümü 6-cı pillədə tamamlayıb.