Ötən həftə xanımı Amine Gülşe və komanda yoldaşı Sead Kolasinac ilə Londonda bıçaqlı hücuma məruz qalan məşhur futbolçu Mesut Özil bir daha həmin hadisələrin baş verməməsi üçün yeni tədbirlər görüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, "Arsenal"ın futbolçusu həyat yoldaşı ilə birlikdə yaşadıqları Londondakı evlərinin önünə xüsusi mühafizəçilər yerləşdirib.

Hadisə zamanı avtomobilin içində qorxu dolu anlar yaşayan Amine Gülşeylə bir daha eyni vəziyyətlə qarşılaşmalarını istəməyən Özil xanımı üçün də mühafizəçi tutub.

Mühafizəçi Mesut Özilin məşq, düşərgə və oyunlarda evdə olmadığı zamanlarda Amineni bir an olsun tək buraxmayacaq.

Gülnar Qafarlı

Hücuma məruz qalan Mesut Özil xanımı üçün mühafizəçi tutdu