İngiltərənin “Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryanı UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.

Open.az xəbər verir ki, klub bununla bağlı "Twitter" vasitəsi ilə açıqlama yayıb.

""Çelsi" ilə baş tutacaq final oyununa Henrix Mxitaryan ilə getməyəcəyimizi elan etdiyimizə görə çox məyusuq", - deyə klubun məlumatında bildirilib.

Qeyd edək ki, İngiltərənin “Arsenal” klubu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək.

Gülnar Qafarlı