İngilis futbolçu Danni Drinkwater həmkarının sevgilisinə sataşdığına görə döyülüb.

Open.az "The Sun"a istinadən xəbər verir ki, "Burnley"nin "Çelsi"dən icarəyə götürdüyü 29 yaşlı ingilis futbolçu Mançester şəhərindəki "Chinawhite" adlı gecə klubunda hədsiz dərəcə sərxoş olub.

Hədsiz dərəcədə sərxoş olan futbolçu həmkarı Cənubi amerikalı Kgosi Ntlhenin sevgilisinə sataşıb.

Bu hadisədən sona futbolçular arasında mübahisə başlayıb. Gecə klubunun təhlükəsizlik işçiləri tərəfindən çölə çıxarılan iki futbolçunun əlbəyaxa davası kənarda davam edib. 6 nəfər tərəfindən döyülən və ayağı qırılan Drinkwater biləklərindən də ciddi şəkildə yaralanıb.

Drinkwater və "Burnley"nin texniki direktoru Sean Dychein məsələ ilə bağlı bir araya gələcəyi açıqlanıb. Futbolçunun 4-6 həftə ərzində forma geyinməyəcəyi açıqlanıb.

Gülnar Qafarlı

Məşhur futbolçu gecə klubunda həmkarının sevgilisinə sataşdı - Döyüldü - FOTO