Təyyarə qəzasında həlak olan argentinalı futbolçu Emiliano Salanın ölümü ilə bağlı yeni bir detal ortaya çıxıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hava Qəzaları Araşdırma Bürosu məlumat yayıb.

Məlumata görə, Sala və pilot David İbbotson təyyarə qəzasına uğramadan əvvəl dəm qazından zəhərləniblər.

Bu zəhərlənmənin də təyyarənin pilotunun manevr etmək qabiliyyətinə mane olduğu bildirilib. Salanın dəm qazından zəhərləndiyi və ya təyyarə qəzasından öldüyü məlum deyil.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçunun olduğu təyyarə yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı radardan itib. Hava gəmisinin qalıqları fevralın əvvəllərində La-Manş boğazının dibində tapılıb. Futbolçunun cəsədi fevralın 8-də suyun dibindən çıxarılıb.

Gülnar Qafarlı