Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası bəlli olub.

Open.az xəbər verir ki, “11-lik”də “Neftçi”nin 5, “Zirə”nin 4, “Qarabağ”ın isə 2 futbolçusu yer alıb.

Qapıçı: Səlahət Ağayev – 260 (“Neftçi”)-2

Müdafiəçilər: Ailton Silva - 298 (“Qarabağ”)-4, Anton Krivotsyuk – 331 (“Neftçi”)-3, Adrin Skarlatake - 298 (“Zirə”)-3, Tural Axundov - 253 (“Neftçi”)

Yarımmüdafiəçilər: Nicat Süleymanov– 315 (“Zirə”), Elvin Camalov - 300 (“Zirə”), Emin Mahmudov - 296 (“Neftçi”), Dani Kintana – 332 (“Qarabağ”)-4

Hücumçular: Xulio Sezar Rodrigez - 287 (“Zirə”)-4, Stiven Monroz - 277 (“Neftçi”)-5

Turun ən yaxşı oyunçusu isə Kintana olub.

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.