Fransa Liqasında yeni mövsümü başlama tarixi müəyyənləşib.

Open.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) 2020/2021 mövsümünə avqustun 22-i start verməyi planlaşdırır.

LFP-nin təqvimi təsdiqləmək üçün iyunun 17-də Çempionlar Liqasının oyunlarının tarixlərinin müəyyənləşəcəyi UEFA İcraiyyə Komitəsinin iclasını qərarını gözlədiyi bildirilib.

Qeyd edək ki, bu mövsüm Fransa çempionatı koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və PSJ çempion elan olunub.