Ötən gün Türkiyə-Fransa matçının son dəqiqələrində tribunalarda qalmaqallı plakat açılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, mübarizə davam edərkən Fransız tamaşaçıların arasında olan provokatif bir qrup plakat açıb.

Matçın 86-ci dəqiqəsində açılan provokatif plakatda "Kürd qətliamını dayandırın" sözləri yazılıb.

Amma açıldıqdan bir neçə saniyə sonra qalmaqallı plakat ətrafdakı adamlar tərəfindən endirilib.

Vəziyyət polis tərəfindən dərhal nəzarət altına alınıb.

Məsələ ilə bağlı Fransa cəbhəsinə UEFA-dan cəza verilməsi gözlənilir.

Gülnar Qafarlı

Fransa – Türkiyə oyununda qalmaqallı plakat: Qətliamı dayandırın!