Fransa milli komandasının və "Çelsi"nin futbolçusu N Qolo Kante zədələnib.

Open.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə və Andorra yığmaları ilə matçları buraxacaq. Buna səbəb fransalı yarımmüdafiəçinin sağ dizindən xəsraət olmasıdır.

Avropa Liqasının finalından öncə "Çelsi" komandasının məşqində zədələnən futbolçu ağrılarının olmasına baxmayaraq, finalda iştirak etmişdi.

Manaf Qasımbəyli