"Mançester Siti" klubunun yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqası tarixində fərqlənməyi bacaran ən gənc ingiltərəli futbolçu kimi tarixə düşüb.

Open.az-ın məlumatına görə, 1/8 final mərhələsinin cavab görüşündə Almaniya "Şalke"sini məyus edən Foden 18 yaş 9 ay 12 günlüyündə fərqlənib. O, komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçın 64-cü dəqiqəsində meydana daxil olub və 78-ci dəqiqədə 6-cı qolu vurub.

Fodeni təhsil aldığı "Beddes" kolleci "Twitter"də paylaşım edərək təbrik edib. İngiltərəli futbolçu isə bunu şəxsi səhifəsində paylaşıb və bu sözləri yazıb: "Belə bir gecə üçün ev tapşırıqlarımı unutmağa dəyər".

Gənc oyunçunun komanda yoldaşı Rahim Sterlinq isə maraqlı şərh yazıb: "Sabah sənin dərsin var, ona görə də indi yatmalısan, balaca".

Qeyd edək ki, "Mançester Siti" "Şalke"ni 7:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.


Manaf Qasımbəyli