Beynəlxalq Futbol Federasiyası (FIFA) 70-ci konqresinin sentyabrın 18-də keçiriləcəyini açıqlayıb.

Open.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar həmin iclas onlayn qaydada təşkil olunacaq.

Toplantının iyunun 5-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi nəzərdə tutulsa da, pandemiyadan sonra iclasın vaxtı sentyabrın 18-nə dəyişdirilib.