FİFA dekabr ayında keçiriləcək konqresində qadın futbolçular üçün mühüm qərar qəbul etməyi planlaşdırır.

Open.az "The Guardian"a istinadən xəbər verir ki, hamilə qalan qadın futbolçuları azı 14 həftəlik analıq məzuniyyəti imkanı yaradılacaq. Müddətin ilk 8 ayı ərzində qadın futbolçular maaşlarının 2/3 hissəsini ala biləcəklər.

Məzuniyyətdən qayıdan futbolçunun uyğunlaşma dövründə tələb olunan tibbi dəstək isə klub tərəfindən təmin olunacaq.

Qeyd olub ki, bu qaydaları pozan klublar cərimə və transfer qadağaları ilə üzləşəcəklər.