FİFA İngiltərənin "Arsenal" klubunu 40 min isveçrə frankı (təxminən 37.6 min avro) məbləğində cərimələyib.

Open.az xəbər verir ki, buna transfer zamanı qaydaların pozulması səbəb olub. Ali futbol qurumu London təmsilçisinə xəbərdarlıq da edib.

Klub 2018-ci ildə Yunanıstan PAOK-una satdığı Çuba Ekpomun və İtaliya təmsilçisi "Frosinone"yə keçən Coel Kempbellin transferinə görə cəza alıb.

"Arsenal"ın futbolçuların başqa İngiltərə təmsilçisinə satılmaması üçün klublara şərt qoyduğu üzə çıxıb.