Türkiyənin "Fənərbaxça" klubunun slovakiyalı futbolçusu Martin Şkrtel "Barselona"nın təklifini qəbul etməyib.

Open.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Barselona" qış transfer pəncərəsi vaxtı slovakiyalı müdafiəçini heyətinə qatmağa çalışıb. Amma 34 yaşlı futbolçu katalon klubunda ehtiyyatda qalacağını düşünərək meneceri vasitəsilə təklifi qəbul etməyib.

Bundan sonra "Barselona" "Valensiya"dan kolumbiyalı müdafiəçi Murilyonu 6 aylığına icarəyə götürüb.

Qeyd edək ki, Martin Şkrtel "Fənərbaxça"ya 2006-cı ildə "Liverpul" komandasından 6 milyon avroya transfer olub.