Qalatasaray futbol klubunun Teknik Direktoru Fatih Terimin son durumu haqqında qızı Buse Terim Bahcekapılı açıqlama yayıb.

Open.az xəbər verir ki, koronovirus testi pozitiv çıxan və hazırda xəstəxanada karantinə alınan Fatih Terimin vəziyyətində hələlik heç bir dəyişiklik yoxdur.

Qızının sözlərinə görə: "Bu gün də yeni bir xəbər yoxdur. Vəziyyəti dünənki kimidir. Atam yaxşıdır. Daha da yaxşı olacaq. Düzdür, ailə üzvlərimiz heç də yaxşı deyil. Hamımız çox üzülmüşük. Həyəcanla gözləyirik. Amma inanırıq ki, atamızın vəziyyəti yaxşı olacaq. Bu xəstəliyə hər birimiz yaxalana bilərik. Heç kim sığortalanmayıb. Ona görə hər kəsə səslənirəm ki, evdə qalsınlar. Evdə qalın və Fatih Terimə-mənim atama dualar edin" deyə Buse Terim Bahçekapılı açıqlama yayıb.

Ülviyyə Həsənqızı

Fatih Terimin son durumu-Qızı açıqladı