"Oyunların videoyazısını izlədikdən sonra arzuolunmaz rəqiblə qarşılaşacağımızı düşünürəm. İordaniya ilə Azərbaycanın oyunlarında oxşar cəhətlər var. Ona görə düşünürəm ki, Azərbaycanla oyundan əvvəl İordaniya ilə yoldaşlıq görüşü keçirməyimiz bizə kömək edəcək".

Open.az xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal iyunun 11-də keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəsis Azərbaycan millisi ilə matçdan əvvəl bir neçə əsas heyət üzvünə istirahət verəcəklətini bildirib: "İordaniya ilə matçda heyətdə dəyişiklik edəcəyik. Daha az oyun vaxtı əldə edəcək futbolçuları meydana buraxacağam. Martin Dubravka, Marek Hamşik və Yuray Kuçka bu görüşdə iştirak etməyəcəklər. Onlara Azərbaycanla matçdan əvvəl istirahət verəcəyik".

Manaf Qasımbəyli