Ermənistan Premyer Liqasında IX turun bu günə nəzərdə tutulan "Noa" - "Lori" matçı baş tutmayacaq.

Open.az xəbər verir ki, səbəb qonaq komandada koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.

Vanadzor təmsilçisinin heyətində 7 nəfər infeksiyaya yoluxduğu üçün qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, Ermənistan Futbol Federasiyasının bayrağı altında keçirilən bütün yarışlar Dağlıq Qarabağ münaqişəsinə görə sentyabrın 29-dan dayandırılıb. Məcburi fasilə bu gün başa çatacaq.