Ermənistanın səviyyəsinə görə ikinci olan birinci liqası vaxtından əvvəl dayandırılıb.

Open.az-ın məlumatına görə, bu haqda ölkə futbol federasiyasının saytı məlumat yayıb. Buna liqada danışılmış oyunların aşkarlanması səbəb olub.

Qurum UEFA və yerli hüquq-mühafizə orqanları ilə məsləhətləşmədən sonra 5 klubu (“Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”) və 58 şəxsi müxtəlif vaxtlara diskfalifikasiya edib. Onlardan 45 nəfəri futboldan ömürlük uzaqlaşdırılıb.

Federasiyanın İcraiyyə Komitəsi yekdillikdə hazırkı mövsüm üçün birinci liqanın dayandırılmasına qərar verib. Yarışın qalibi məsələsi haqda qərar isə yaxın günlərdə açıqlanacaq.