Fransanın "L'Equipe" nəşri Avropa klublarında çıxış edib ən çox məvacib alan futbolçuların siyahısını təqdim edib.

Open.az xəbər verir ki, bu siyahıya "Barselona" klubunun futbolçusu Lionel Messi başçılıq edir.

Argentinalı futbolçu aylıq 8.3 milyon avro qazanır. İkinci pillədə "Yuventus"un portuqaliyalı futbolçusu Kristian Ronaldo yer alır. O, ayına 4.7 milyon qazanır.

Ayına 3.3 milyon avro maaş alan Antuan Qrizmann isə 3-cü pillədə yer alıb. Tam siyahı isə belədir.

1. Lionel Messi ("Barselona") - 8.3 milyon avro
2. Kristiano Ronaldo ("Yuventus") - 4.7 milyon avro
3. Antuan Qrizmann ("Atletiko Madrid") - 3.3 milyon avro
4. Neymar ("PSG") - € 3.06 milyon avro
5. Luis Suarez ("Barselona”) - 2.9 milyon avro
6. Qaret Beyl (“Real Madrid”) - 2.5 milyon avro
7. Filip Koutinyo (“Barcelona”) - 2.3 milyon avro
8. Aleksi Sançez (“Mançester Yunayted ”) - € 2.28 milyon avro
9. Kiliyan Mbappe (“PSG”) - 1.73 milyon avro
10. Mesut Ozil (“Arsenal”) - 1.6 milyon avro

Manaf Qasımbəyli