Transfermarkt saytı koronavirus pandemiyasına görə oyunçuların qiymətlərinin düşməsindən sonra dünyanın ən bahalı heyətə sahib olan klublarının yeni reytinqini dərc edib.

Open.az xəbər verir ki, siyahıya "Mançester Siti" başçılıq edib.

“Şəhərlilər” dəyəri 1 milyard avrodan çox olan yeganə klubdur. İkinci yeri "Liverpul" turur. "Real" isə üçüncüdür.




TOP-10-luq belədir


1. “Mançester Siti” (İngiltərə) - 1,02 milyard

2. “Liverpul” (İngiltərə) - 967 mln

3. “Rеаl” (İspaniya) - 888.5 mln

4. “Barselona” (İspaniya) - 852.7 mln

5. PSJ (Fransa) - 843.7 mln

6. “Bavariya” (Almaniya) - 756.6 mln

7. “Atletiko” (İspaniya) - 709 mln

8. “Тottenhem” (İngiltərə) - 699 mln

9. “Çelsi” (İngiltərə) - 679.9 mln

10. “Mançester Yunayted” (İngiltərə) - 646.7 mln