Braziliya Seriya A klublarından "Flamengo" klubunun məşq meydançasında yanğın baş verib.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Globe" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 10 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı

Dünyaca məşhur komandanın məşq meydançasında yanğın - 10 ölü