Dünyanın aparıcı tennis idmançılarından Rafael Nadal ölkəsi İspaniyada baş verən sel fəlakətindən sonrakı təqdirəlayiq hərəkəti ilə gündəmə gəlib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ispan tennisçi Rafael Nadal 10 adamın həyatını itirdiyi Mayorka Adasındakı sel fəlakətindən sonra əlinə süpürgə alaraq təmizlik işlərinə qoşulub.

Fəlakət səbəbindən təxliyə edilənlərə idman kompleksi ilə tennis akademiyasının qapısını açan Nadal daha sonra təmizləmə işlərinə kömək edib.

İspan tennisçi sosial şəbəkə hesabında fəlakətlə bağlı açıqlama verib: "Bu gün Mayorka üçün kədərli bir gündür. Şiddətli sel səbəbiylə həyatını itirənlərin ailələrinə başsağlığı verirəm".

Nadalın şəkilləri İspaniyanın aparıcı idman qəzetlərindən "Marca"da da dərc olunub.

Qeyd edək ki, sözügedən fəlakətdə 10 nəfər ölüb, 5 yaşlı bir uşaq da itkin düşüb.

Gülnar Qafarlı

Dünya şöhrətli idmançıdan təqdirəlayiq hərəkət

Dünya şöhrətli idmançıdan təqdirəlayiq hərəkət