Rusiyalı futbolçular Aleksandr Kokorin və Pavel Mamay həbs edilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın Tver məhkəməsi xuliqanlıqda ittiham olunan futbolçular barəsində hökm çıxarıb.

Onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev kafelərinin birində dövlət məmurunu döyüb. Onların hərəkəti təhlükəsizlik kameralarına qeyd edilib. Futbolçular məmurlarla davadan 2 saat öncə “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər.

Gülnar Qafarlı