Müqavilə ilə "Barselona"ya məxsus olan və icarə əsasında "Arsenal"da çıxış edən Denis Suarez yenidən İspaniyaya qayıda bilər.

Open.az "Sun" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "topçular"ın heyətində hələ də möhkəmlənə bilməyib.

Yanvar ayında mövsümün sonuna qədər icarə əsasında London klubuna keçən D. Suarez cəmi 7 oyunda iştirak edib. "Arsenal"ın futbolçunu mövsümün sonunda transfer etmək imkanı olsa da, bundan istifadə etməyəcəyi gözlənilir. Belə olan halda 25 yaşlı yarımmüdafiəçi yenidən "Barselona"ya geri qayıdacaq.

Qeyd edək ki, Denis Suarez "Barselona" klubunun yetirməsi sayılır.

Manaf Qasımbəyli