"Barselona"ya transfer olmağımın əsas səbəbi Messi ilə birlikdə oynamaqdır.

Open.az xəbər verir ki, bunu "Baselona"nın yeni transferi Frenki De Yonq "Ayaks" ilə çempionluğu təmin etdiyi Hollandiya çempionatının XXXIV turundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. 21 yaşlı yarımmüdafiəçi yeni komandasına qoşulacağı üçün həyəcanlı olduğunu bildirib: "Bu il "Ayaks" ilə yaxşı mövsüm keçirdik, xoş anlar aşadıq və əyləndik. Bundan sonra "Barselona"ya yollanacam və mənim üçün yeni dövr başlayacaq. Messi ilə eyni komandada oynamaq mənim üçün möhtəşəm olacaq. "Barselona"da çıxış edəcəyim üçün həyəcanlıyam.

Qeyd edək ki, Frenki De Yonq cari mövsümdə "Ayaks" ilə Hollandiya çempionatının və kubokunun qalibi olub.

Manaf Qasımbəyli