17 il sonra "Roma" klubundan ayrılan Daniel De Rossi karyerasını İtaliyada davam etdirməyə qərar verib.

Open.az "Sky Sport"a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Boka Xuniors" və "Los Anceles" klublarından gələn təklifləri geri çevirib.

35 yaşlı futbolçu növbəti mövsümdə "Sampdoriya"da çıxış edə bilər. Buna səbəb "Roma"nın sabiq baş məşqçisi Eysebyo Di Françeskonun "Sampdoriya"ya rəhbərlik edəcəyidir. De Rossi özü də Eysebyo ilə çalışmağa müsbət yanaşır.

Qeyd edək ki, Daniel De Rossi 2002/2019-cu illər ərzində "Romada çıxış edib.

Manaf Qasımbəyli