Ötən gün mövsümün sonunda "Roma"dan ayrılacağını açıqlayan Danielle De Rossi karyerasını Amerikanın "Nyu York Siti" klubunda davam etdirə bilər.

Open.az xəbər verir ki, 35 yaşlı futbolçu Avropada başqa klubda çıxış etmək istəmədiyi üçün bu təkliflə maraqlanır.

Qeyd edək ki, Daniele De Rossi peşəkar karyerasına 2002-ci ildə "Roma" klubunda başlayıb. O, "canavarlar"ın heyətində 2 ölkə kuboku və 1 ölkə Superkuboku qazanıb. 2006-cı ildə isə De Rossi İtaiya yığması ilə dünya çempionu olub.

Manaf Qasımbəyli