"Nəhayət, minlərlə azərbaycanlı idman həvəskarının gözlədiyi vaxt gəlib çatdı".

Open.az xəbər verir ki, bunu AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.

Futbol veteranı bildirib ki, koronavirus pandemiyası hər sahədə ölkəyə ziyan vurub: "O cümlədən də futbolda. Amma insanların sağlamlığı ön planda olduğu üçün bununla barışmaq lazımdır".

İsmayılovun sözlərinə görə, bu il Azərbaycan futbolunu və onun həvəskarlarını çox çətin il gözləyir: "4 komandamız Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək. Komandalarımız fiziki baxımdan tam hazırlıqla olmasalar da, ümid edirəm ki, əzmkarlıq göstərib futbolumuzun adını yüksəklərə qaldıracaqlar. 8 komandanın hər birinə uğurlar diləyirik. Ümid edirəm ki, bu çempionatda milli komandada oynayacaq bir neçə yeni futbolçu çıxacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də başlayacaq.