"Barış pınarı" hərəkatına dəstək olduğu üçün Almaniya II Bundesliqasında çıxış edən "Sankt-Pauli"nin heyətindən kənarlaşdırılan türk futbolçu Cenk Şahin "Başakşəhər"də məşq edəcək.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Göksal Gümüşdağ məlumat verib. O, 7 il "Başakşəhər"da oynayan 25 yaşlı yarımmüdafiəçinin formada qalması üçün bu addımı atdıqlarını deyib. Klub rəsmisi bildirib ki, Almaniya klubu oyunçu ilə qışda müqaviləni ləğv edəcəyi təqdirdə, onu yenidən heyətlərinə qatmağa hazırdırlar.

Qeyd edək ki, "Sankt-Pauli" C.Şahinlə müqaviləni ləğv etməsə də, onu komandadan kənarlaşdırıb.