UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Open.az UEFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, namizədlər siyahısına Sadio Mane (“Liverpul”, İngiltərə), Kristian Ronalo (“Yuventus”, İtaliya), Lionel Messi (“Barselona”, İspaniya) və Leroy Sane (“Mançester Siti”, İngiltərə) daxil edilib.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.

Manaf QASIMBƏYLİ