Futbol üzrə Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Open.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərində baş tutan mənzil-qərargahında 1/4 final və yarımfinal mərhələlərinin, həmçinin final oyununun püşkü atılıb.

1/4 final mərhələsi:

“Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)

“Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)

“Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

Yarımfinal mərhələsi:

“Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə) / “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)

“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) / “Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)

İlk yarımfinal cütünün qalibi iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda keçiriləcək final matçının nominal meydan sahibi olacaq.

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfinal görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq.