İtaliyanın "Milan" futbol klubu gələn mövsüm Çempionlar Liqasında oynamaq hüququ qazanmayacağı təqdirdə baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq.

Open.az xəbər verir ki, bu barədə məlumatı "Calciomercato" nəşri yayıb. Artıq klub rəhbərliyinin yeni məşqçi axtarışlarına başladığı da bildirilir.

Qeyd edək ki, "Milan" A Seriyasında geridə qalan 23 turdan sonra 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Milan təmsilçisini Çempionlar Liqasına düşmə zonasından 10 xal ayırır. Komanda növbəti matçını fevralın 17-də evdə "Torino"ya qarşı keçirəcək.