Çempionlar Liqasında yeni rekord müəyyənləşib.

Open.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab matçı çərçivəsində "Mançester Siti" - "Tottenhem" görüşündə rəsmiləşib.

Qitənin ən nüfuzlu klub turniri tarixində indiyədək baş tutan görüşlərin heç birində 21 dəqiqə ərzində qapılara 5 qol vurulmayıb.

Qeyd edək ki, bundan əvvəlki rekord 2016-cı ildə "Borrussiya Dortmund" - "Legiya" matçında qeydə alınmışdı. Həmin görüşün ilk 26 dəqiqəsində qapılara 5 top vurulmuşdu (3:2).

Manaf Qasımbəyli