UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Open.az-ın məlumatına görə, bununla da pley-offa yüksələn daha 5 komandanın adına aydınlıq gəlib.

"Omoniya" (Kipr), "Ferentsvaroş" (Macarıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç) və "Midtüllan" (Danimarka) klubları rəqiblərinə qalib gələrək, növbəti raunda vəsiqə qazanıblar.



Pley-off mərhələsinin cütlükləri


Çempionlar Yolu

“Slaviya” (Praqa, Çexiya) - “Midtüllann” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferentsvaroş” (Macarıstan)


Liqa Yolu

“Krasnodar” (Rusiya) - PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)