"Çelsi" komandasının 39 yaşlı qapıçısı Robert Qrin aktiv futbol karyerasını baş çatdırıb.

Open.az xəbər verir ki, bu barədə qapıçı "Twitter" hesabında məlumat verib.

O, "23 ildən sonra ilk dəfə yayda istirahət edəcəm. Çox həyəcanlıyam" yazıb.

2018-ci ilin iyul ayında "Çelsi"yə transfer edilən Qrin bu komandada heç bir oyuna çıxmayıb.

Gülnar Qafarlı