İngiltərənin "Çelsi" komandasının futbolçusu Ruben Loftus-Çik Avropa Lİqasının finalını buraxa bilər.

Open.az xəbər verir ki, ABŞ-ın "New England Revolution" komandası ilə yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana daxil olan ingiltərəli futbolçu 20 dəqiqə sonra zədələnib. Sol ayaq biləyindən xəsarət alan yarımmüdafiəçi oyunu davam etdirə bilməyib. 23 yaşlı futbolçu stadionu çəliklə tərk edib. Onun Avropa Liqasının finalında iştirakı sual altındadır.

Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Çelsi" finalda "Arsenal" ilə qarşılaşacaq. Görüş mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.

Manaf Qasımbəyli