İngiltərənin "Çelsi" klubu "Barselona"nın onlara təklif etdiyi Malkom Vilyan dəyişikliyini qəbul etməyib.

Open.az "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, Katoloniya təmsilçisi qış transfer pəncərəsində komandanı gücləndirmək üçün brazilyalı futbolçunu heyətinə cəlb etmək fikrində olub. Buna görə də komandada əsas heyətə düşməkdə çətinlik çəkən Malkomu "Çelsi"yə təklif edib.

London təmsilçisi isə Vilyanı komandadan göndərmək fikirləri olmadığını "Barselona"ya bildirib və danışıqları dayandırıb.

Qeyd edək ki, 30 yaşlı braziliyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 matçda iştirak edib. O, 2 qol vurub və 3 asist edib.

Manaf Qasımbəyli