İngiltərənin "Çelsi" klubunun FIFA-nın tətbiq etdiyi transfer qadağası ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti edib.

Open.az xəbər verir ki, FİFA London təmsilçisinə yetkinlik yaşına çatmayan 29 futbolçu transfer etməklə və oyunçu qeydiyyatı ilə bağlı digər tələbləri pozduğu üçün bu ilin fevralında cəza verib. Buna əsasən "Çelsi" iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirə bilməyəcək.

CAS məhkəməsi qərarın nə zaman açıqlanacağını öncədən deyə bilmədiyini açıqlayıb.

Qeyd edək ki, İngiltərədə transfer dönəmi avqustun 8-nə qədər davam edəcək.

Manaf Qasımbəyli